Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mərkəzi Gömrük Hospitalının travmatoloqu Ramin Rzayev canlı yayımda çıxış edəcək

Mərkəzi Gömrük Hospitalının travmatoloqu  Ramin Rzayev canlı yayımda çıxış edəcək

Tarix: 20 Oktyabr 2020 17:24

Bakı. Trend:

Mərkəzi Gömrük Hospitalının Travmatologiya şöbəsinin rəisi, yüksəkixtisaslı travmatoloq-ortopedi, t.f.d.Ramin Rzayev 26 oktyabr 2020-ci il tarixində saat 15.00-da “Diz oynaqlarında artrozun müalicəsi” mövzusunda canlı yayımda çıxış edəcək.Sualları canlı yayım vaxtı və yaxud öncədən Mərkəzi Gömrük Hospitalının facebook səhifəsi vasitəsilə ünvanlamaq mümkündür.

Ramin Rzayev 2001-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirdikdən sonra təhsilini 2001-2003-cü illərdə Rusiyada Akademik İ.P.Pavlov adına Sankt-Peterburq Dövlət Tibb Universitetində davam etmişdir. 2010-cu ildə “Çanağın həlqəsinin tamlığının pozulması ilə müşaiyət olunan ağır travmalarının cərrahi müalicəsi” üzrə elmi işini müdafiə etmişdir. Dr. Ramin Rzayev əmək fəaliyyətinə 2006-cı ildə Rusiyada professor İ.İ. Djanelidze adına Sankt-Peterburq Təcili Tibbi Yardım Elmi Tədqiqat İnstitutunda başlayıb. O, 2010-cu ildən Mərkəzi Gömrük Hospitalında travmatoloq-ortoped kimi fəaliyyət göstərir.

Canlı yayım Mərkəzi Gömrük Hospitalının rəsmi Facebook səhifəsi üzərindən yayımlanacaq

(https://www.facebook.com/customshospital/). Əlavə məlumat üçün (012) 404 08 08 telefon nömrəsinə zəng etmək mümkündür.


Etiketlər:  Mərkəzi Gömrük Hospitalının travmatoloqu Ramin Rzayev canlı yayımda çıxış edəcək


RƏYLƏR