Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baş məşqçisi Ramildən danışdı - ''Yaxşı göstəriciləri var''

Baş məşqçisi Ramildən danışdı -  ''Yaxşı göstəriciləri var''

Tarix: 3 Iyul 2019 17:36

“Ramil gənc oyunçudur. Biz onu hələ Rusiyanın gənclər millisindəki çıxışından tanıyırıq. Ötən mövsümü “Krılya Sovetov”da keçirdi və çrmpionatın sonunda oynamağa başladı”.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri Moskva “Dinamo”sunun baş məşqçisi Dmitri Xoxlov klubun rəsmi saytına açıqlamasında deyib.

Praqa “Sparta”sı ilə dünən keçirdikləri yoxlama oyununu (1:1) dəyərləndirən mütəxəssis Ramil Şeydayevin “Dinamo”ya keçidindən də danışıb: “İndi yeni komandadadır və yeni tələblər var. Gəlin görək, burada özünü necə göstərəcək. Ancaq bir hücumçu kimi yaxşı göstəriciləri var”.

Xoxlov Şeydayevin “Dinamo”dakı debüt oyununa da toxunub: “Hücumda istədiyimiz fəallığı göstərmədi. Aydın məsələdir ki, hələ komanda yoldaşları arasında qarşılıqlı anlaşma yoxdur. Ancaq düşünürəm ki, uyğunlaşmaq üçün vaxtı var”.

Qeyd edək ki, Ramil dünən “Dinamo” ilə 1 illik müqavilə imzalayıb.

 


Etiketlər:  Baş məşqçisi Ramildən danışdı Yaxşı göstəriciləri


RƏYLƏR