Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Oktyabr 2020 02:16
Bakı. Trend:
Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 63 nəfər ölüb.
Trend-in məlumatına görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.
Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 63 xəstə dünyasını dəyişib". Bu, 64 ölümün qeydə alındığı 3 iyundan indiyədək maksimum göstəricidir.
Ümumilikdə Rusiyanın paytaxtında koronavirusa yoluxanların sayı 372 628 minə, xəstəlikdən ölənlərin sayı isə 6 121-ə yüksəlib.