Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanın Rusiyadakı səfirliyi "Pobeda" aviaşirkətinin azərbaycanlılara qadağasını araşdırır

Azərbaycanın Rusiyadakı səfirliyi

Tarix: 23 Oktyabr 2020 10:30

Bakı. Trend:

Azərbaycanın Rusiyadakı səfirliyi Azərbaycan vətəndaşlarının "Pobeda" aviaşirkətinin xidmətlərindən istifadəsinə qadağa məsələsini araşdırır.

Bu barədə səfirlikdən Trend-in müraciətinə cavab olaraq bildiriblər.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videomaterialda bir qrup Azərbaycan vətəndaşının Rusiyada hava limanına gəlməsi yer alıb. Onlar "Pobeda" aviaşirkətinin biletlərini almaq istəyərkən, qeydiyyat zamanı Azərbaycan vətəndaşlarına uçuş icazəsi olmadığı deyilib. Əks halda hər bir Azərbaycan vətəndaşı üçün 700 avro cərimə nəzərdə tutulduğu bildirilib. Həmin şirkətdən bilet almış təxminən 20-30 azərbaycanlı uçuşdan kənar qalıb.


Etiketlər:  Azərbaycanın Rusiyadakı səfirliyi Pobeda aviaşirkətinin azərbaycanlılara qadağasını araşdırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ