Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistanda koronavirusa yoluxanların sayı 75 min nəfəri keçdi

Ermənistanda koronavirusa yoluxanların sayı 75 min nəfəri keçdi

Tarix: 24 Oktyabr 2020 11:32

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 75 523 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 2 213 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 12 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 1 157 nəfər koronavirusdan ölüb, 23 332 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.


Etiketlər:  Ermənistanda koronavirusa yoluxanların sayı 75 min nəfəri keçdi


RƏYLƏR