Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Oktyabr 2020 13:08
"Yuventus"un futbolçusu Ueston MakKenni koronavirusdan sağalıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçidən götürülən növbəti test nümunələrinin cavabları mənfi olub.
MakKeninin oktyabrın 14-də koronavirusa yoluxduğu açıqlanmışdı. Bundan əlavə Turin klubunda Kriştian Ronaldo və U-23 komandasının baş məşqçisi Lamberto Zaulidə COVİD-19 aşkarlanmışdı.
Qeyd edək ki, MakKenni "Yuventus"a avqust ayında "Şalke"dən icarəyə keçib.