Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Oktyabr 2020 14:48
İnsanlar ənənəvi olaraq bazar ertəsini həftənin ən çətin günü hesab edirlər, lakin cümə günü bu ad uğrunda onunla rəqabət edə bilər.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, Moskva Dövlət Universitetinin Psixologiya Fakültəsi Əmək Psixologiyası Laboratoriyasının baş elmi işçisi İrina Blinnikova belə deyib.
Onun sözlərinə görə, iş həftəsinin sonunda yorğunluq və bitməmiş işlər yığılıb qalır ki, bu da emosional stressə səbəb ola bilər:
"Hər şeyi sonraya təxirə salan insanlar, elə düşünürlər ki, bütün işləri çatdırmağa imkan tapacaqlar. Bəzən hətta müvəffəq də olurlar. Ancaq bunun üçün həddindən artıq enerji sərf edirlər, nəticədə onlarda yüksək emosional gərginlik yaranır".
Mütəxəssisin sözlərinə görə, bu gərginlik həm fiziki, həm də psixi sağlamlığın pozulmasına gətirir.
Buna baxmayaraq, psixoloq qeyd edir ki, qarşıda istirahətin başlandığını görən insan daha az səhv buraxır.
Blinnikova bazar ertəsində isə insanın daha tez-tez səhv buraxdığını və qəzalara səbəb olduğunu bildirərək, bunu insanın istirahətdən iş rejiminə keçməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, məhz bu səbəbdən həftənin birinci günü insanlarda ən çətin gün assosiasiyası yaradıb.