Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Oktyabr 2020 17:08
Bakı. Elçin Mehdiyev - Trend:
Əfsuslar olsun ki, neo-faşist idealogiyasına sahib olan Ermənistan hakimiyyəti cəbhədən uzaq mülki ərazilərimizi vurmağa davam edir. Yenidən mülki şəxslər arasında dünyasını dəyişən şəxslər var.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Şahin İsmayılov bildirib.
Onun sözlərinə görə, Ermənistanın təxribatı nəticəsində sentyabrın 27-dən başlayan hadisələr zamanı Azərbaycanda dünyasını dəyişən mülki şəxslərin sayı onlarladır: "Bu şəxslərin yeganə günahı onların azərbaycanlı olmalarıdır. Nə beynəlxalq hüquqa, nə də insani dəyərlərə sığan bu əməllərə ordumuz müharibə meydanında cavab verir.
Azğınlaşmış və hakimiyyəti faktiki olaraq idarə edə bilməyən Ermənistanın baş naziri Nikol Paşinyan artıq bütün region üçün təhlükəyə çevrilir. Düşünmədən ballistik raketləri mülki insanların yaşadığı ərazilərə atan xəstə təxəyüllü Ermənistan hakimiyyətinin əməlləri hərbi cinayətdir.
"Qarabağ Ermənistandır və nöqtə" deyərək bütün danışıqlar prosesinə son qoyan, hər bir çıxışında təxribat törətməyə çalışan Paşinyan hakimiyyəti baş verən bütün bu hadisələrin səbəbkarıdır. Paşinyan hakimiyyətinin elə ən böyük xəyanəti məhz Rusiyaya qarşıdır. Şanlı Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında işğal altında olan bütün ərazilərimizi geri qaytaracaq. Ordumuz bu kriminal xuntanın cavabını məhz döyüş meydanında verməyə davam edəcək".