Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Oktyabr 2020 17:39
"Amerikanın səsi" Gəncəni Dağlıq Qarabağ kimi təqdim etdiyinə görə üzr istəyib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, radionun saytında Ermənistan Müdafiə Nazirliyinin xəbərini təqdim edən zaman guya Azərbaycan hərbiçiləri tərəfindən endirilən zərbələr nəticəsində Dağlıq Qarabağda olan mülki evlərə ziyan dəyməsi ilə bağlı xəbər yerləşdirilmişdi.
Sözügedən xəbərdə Gəncədən çəkilən foto Dağlıq Qarabağ kimi təqdim edilmişdi.
"Amerikanın səsi" baş vermiş səhvə görə, üzr itəyərək bildirib ki, xəbərdə olan şəkil başqası ilə əvəz edilib.