Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çürük dişlərin riskləri: Kimlər üçün daha təhlükəlidir?

Çürük dişlərin riskləri: Kimlər üçün daha təhlükəlidir?

Tarix: 24 Oktyabr 2020 19:51

Çox vaxt əhəmiyyət vermədiyimiz çürük dişlər ümumi sağlamlıq vəziyyətimizə çox ciddi təsir edir. Mütəxəssislər hesab edir ki, adi  yanaşılan çürük dişlər hətta ölümcül nəticələrə belə, səbəb olur.

Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, çürük dişlər bir çox ciddi problemlərə səbəb olur və orqanizmdə olan problemləri ağırlaşdırır.

Diş sağlamlığı ümumiyyətlə, hər kəs üçün vacibdir, amma bu, anadangəlmə ürək xəstəliyi, ürək qüsuru olan uşaqlar, ürək-qapaq xəstəliyi olan şəxslər üçün xüsusilə vacibdir. Belə problemlərdən biri də endokarditdir. Bu, ürəyin birləşdirici (daxili) qişasının iltihabıdır. Uzun müddət stasionar, antibiotik müalicəsi tələb edən və ölüm riski daşıyan son dərəcə ciddi bir klinik vəziyyətdir.

Çürük dişdə olan infeksiya ürəyə yayılaraq çoxalır. İnfeksiya çürümüş dişlərin müalicəsi və ya çəkilməsi zamanı, bəzən adi diş fırçalama zamanı baş verən qanamadan bütün qan dövranına yayıla bilər. İnfeksiya ürəyin problemli sahəsinə çata və orada çoxalaraq ciddi ürək infeksiyasına səbəb ola bilər. Ona görə də ağız və dişlərə qulluğun çox yaxşı aparılması vacibdir. Diş çürükləri və diş əti xəstəliklərinin qarşısının alınması mühüm əhəmiyyət kəsb edir.

Endokardit kimi təhlükəli klinik mənzərədən qaçmaq üçün ürək xəstəliyi olanlara diş müalicələrindən əvvəl infeksiyanın qarşısını alan antibiotiklər təyin olunur. Ən ideal olan hal isə ağıza və dişlərə yaxşı qulluq etmək, çürük və diş əti xəstəliklərinin qarşısını vaxtında almaqdır. Ürək əməliyyatı keçirən, anadangəlmə ürək qüsuru, ürək qapağı xəstəliyi olanlar, xüsusən də süni ürək qapağı olan şəxslər, endokardit riski daşımasalar da, ağız və dişlərə qulluğun çox əhəmiyyətli olduğunu bilməlidirlər. Diş sağlamlığı onlar üçün daha önəmldir, çürük dişlər bu şəxslər üçün həyati təhlükə sayılır.


Etiketlər:  Çürük dişlərin riskləri Kimlər üçün daha təhlükəlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ