Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2020 21:09
Kokos yağı koronavirus müalicəsi alan xəstənin bədəninə effektiv dərəcədə müsbət təsir göstərir.
Sonxeber.net xəbər verir ki, bu barədə "International Business Times" Filippin Səhiyyə İşləri üzrə Tədqiqat və İnkişaf Şurasının alimlərinin araşdırmasına istinadən məlumat yayıb.
Tədqiqatçıların fikrincə, virusu birbaşa öldürməklə yanaşı, kokos yağı da immun sistemini aktivləşdirməkdə iştirak edir. O, öz növbəsində koronavirusun təhrik etdiyi infeksiya ilə mübarizə aparır. Bundan əlavə, kokos yağı bütövlükdə bədəndəki hüceyrələrin sağ qalmasına müsbət təsir göstərir, lakin araşdırmada qeyd edildiyi kimi, bu günə qədər bütün bunlar yalnız xəstəliyi ağır olmayan xəstələrdə test edilib. Hazırda növbəti araşdırmaların ağır xəstələr üzərində aparıldığı bildirilir. (publika.az)