Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Oktyabr 2020 15:58
Bakı. Trend:
Ermənistan qoşunları humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq Daşkəsən rayonuna hücum edib.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" səhifəsində yazıb.
O, qeyd edib ki, nəticəsə meşə yanğını başlayıb:
"Fövqəladə hallar xidməti yanğının qarşısının alınması və Ermənistan ətraf mühiti terrorunun fəsadlarının azaldılması üçün işlər aparır. Xoşbəxtlikdən mülki şəxslər arasında itkilər qeydə alınmayıb".