Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bartomeu istefa xəbərinə münasibət bildirdi

Bartomeu istefa xəbərinə münasibət bildirdi

Tarix: 27 Oktyabr 2020 10:52

"Barselona" prezidenti Xosep Bartomeu istefa verəcəyi ilə bağlı yayılan söz-söhbətlərə münasibət bildirib.

Sonxeber.net apasport.az-a istinadla bildirir ki, klub rəhbəri əsas komandanın cari mövsümdəki çıxışına nikbin baxdığını deyib.

Bartomeu yeni layihələrinin olduğunu söyləyib: "İstefa barədə heç vaxt düşünməmişəm. Ərsəyə gəlməkdə olan gözəl layihəmiz var. Qarşıda çox vacib Çempionlar Liqası matçı var, istəyimiz və motivasiyamız itməyib. Bu mövsüm kuboklar qazanacağımızı düşünürəm. İstefaya göndərilən ilk "Barselona" prezidenti olmaq fikrim yoxdur. Qorxu ilə işləmirik, irəliləmək istəyirik. Son 10 ildə 22 kubok qazandıq. Utanacaq rəqəm deyil".

Qeyd edək ki, Xosep Bartomeunun prezidentlik dönəmi 2021-ci ilin martına qədərdir.


Etiketlər:  Bartomeu istefa xəbərinə münasibət bildirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ