Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada ikinci koronavirus vaksininin istehsalı başlayıb

Rusiyada ikinci koronavirus vaksininin istehsalı başlayıb

Tarix: 27 Oktyabr 2020 14:32

Bakı. Trend:

Rusiyada koronavirusa qarşı ikinci vaksinin istehsalı başlayıb.

Trend-in məlumatına görə, bunu Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi Federal Nəzarət Xidmətinin rəhbəri Anna Popova deyib.

O bildirib ki, “Vektor” mərkəzinin hazırladığı “EpiVakKorona” preparatının ilin sonunadək müəyyən həcmdə istehsalı gözlənilir.

Qeyd edək ki, “EpiVakKorona” preparatının sınaqları sentyabrın 30-da başa çatıb. Vaksin oktyabrın 14-də qeydiyyata alınıb.

Avqust ayında Rusiyada “Sputnik V” vaksini qeydiyyata alınmışdı.


Etiketlər:  Rusiyada ikinci koronavirus vaksininin istehsalı başlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ