Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə XİN: Ermənistanın Bərdə şəhərinə qeyri-insani hücumunu qətiyyətlə pisləyirik

Türkiyə XİN: Ermənistanın Bərdə şəhərinə qeyri-insani hücumunu qətiyyətlə pisləyirik

Tarix: 27 Oktyabr 2020 22:15

Türkiyə XİN Bərdənin atəşə tutulması ilə bağlı bəyanat yayıb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bəyanatda bildirilib ki, 26 oktyabrda elan edilən atəşkəsə baxmayaraq, Ermənistanın Azərbaycandakı münaqişə zonası xaricindəki mülki yaşayış məntəqələrinə qarşı davam etdiyi bütün ümumbəşəri və mənəvi dəyərləri tapdayan hücumları heç bir halda qəbul edilə bilməz:

"Ermənistan Minsk Qrupu həmsədrlərinin təşəbbüsləri ilə bu günə qədər elan edilmiş 3 atəşkəsi pozsa da, həmsədrlərin bu pozuntulara reaksiya verməməsi bizi düşündürür"

Həmçinin qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə etdiyi qanlı hücumun qurbanı olan qardaşlarımıza Allahdan rəhmət, yaralananlara şəfa diləyirik və bütün Azərbaycan xalqına başsağlığı veririk:

"Ermənistanın bu qeyri-insani hücumunu qətiyyətlə pisləyirik, vicdanı və məsuliyyəti olan ölkələri Ermənistanı davam etdirdiyi müharibə cinayətlərini dayandırmağa çağırırıq".


Etiketlər:  Türkiyə XİN Ermənistanın Bərdə şəhərinə qeyri insani hücumunu qətiyyətlə pisləyirik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ