Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanda daha 2 241 nəfər koronavirusa yoluxdu, 21 nəfər öldü

Ermənistanda daha 2 241 nəfər koronavirusa yoluxdu, 21 nəfər öldü

Tarix: 28 Oktyabr 2020 11:08

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 82 651 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 2 241 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 21 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 1 243 nəfər koronavirusdan ölüb, 28 548 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.


Etiketlər:  Ermənistanda daha nəfər koronavirusa yoluxdu nəfər öldü


RƏYLƏR