Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2020 07:28
Bakı. Trend:
Zeta qasırğası ABŞ-ın Luiziana ştatında bir nəfərin ölümünə səbəb olub.
Trend-in məlumatına görə, bu barədə ştatın fövqəladə hallar idarəsi öz "Twitter" yazıb.
Məlumatda deyilir: "Nyu Orleandakı Fövqəladə Hallar İdarəsinin bölməsi elektrik xəttinin pozulmasına görə ölümlə nəticələnən elektrik tokunun vurulması ilə baölı çağırışa reaksiya verib. Hazırda evdən xaric bir çox təhlükə var".
İdarə şəhər əhalisinin evdə qalmasını tövsiyə edir.
Ölkədəki enerji təchizatı vəziyyətini izləyən poweroutage.us portalının verdiyi məlumata görə, Luiziana ştatında 556 874 istehlakçı artıq enerjisiz qalıb.