Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hipertoniya xəstələrinin müalicə proqramı

Hipertoniya xəstələrinin müalicə proqramı

Tarix: 29 Oktyabr 2020 20:21

Bu proqram yüksək təzyiqdən əziyyət çəkənlər üçün tərtib edilmişdir.
1. Mənfi psixo-emosional və psixi-sosial stress vəziyyətinin aradan qaldırılması.
2. Dərmansız müalicə üsulları.
3. Medikamentoz hipotenziv müalicə.
4. Serebral qan dövranının yaxşılaşdırılması.
5. Təzyiq səbəbli ağırlaşmaların müalicəsi.
6. Ekstrakorporal terapiya.
7. Sanatoriya-kurort müalicəsi.
Arterial təzyiqin ağırlaşmalarına aiddir:
- hipertonik krizlər
- serebral pozğunluqlar
- sol mədəcik pozğunluqları
- xroniki böyrək çatışmazlığı
- durğun qan dövranı çatışmazlığı.
Stressli, psixo-emosional və psixo-sosial vəziyyətlərin aradan qaldırılması, ailədə, işdə qarşılıqlı münasibətlərin normallaşdırılması, arterial təzyiqin aşağı düşməsinə səbəb olur. Bu adətən arterial təzyiqin ilkin dövrlərində baş verir. Bu üsulla arterial təzyiqi ilkin dövrlərdə dərmansız müalicə etmək mümkündür. Arterial təzyiqin ilkin dövrlərində 60% xəstələri müalicə proqramına əməl etməklə təzyiqlərini normal saxlamaq olur.
Təzyiqin əsas dərmansız müalicə tədbirlərinə pəhriz, bədən çəkisinin azalması, kifayət qədər fiziki aktivlik daxildir.
Yüksək təzyiqdən əziyyət çəkənlər pəhrizində xörək duzunu azaltmalı, karbohidrat və yağ istifadəsini məhdudlaşdırmalıdır. Pəhriz vaxtı qidada kaliumun miqdarının artırılması arterial təzyiqin aşağı düşməsinə səbəb ola bilər.
Arterial təzyiqdən əziyyət çəkən şəxslər vaxtaşırı həkimin qəbulunda olmalı, təzyiqlərinin normada saxlanılmasına çalışmalıdırlar.

Milli.Az


Etiketlər:  Hipertoniya xəstələrinin müalicə proqramı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ