Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2020 23:15
Yanıqlar yüksək tempraturun, alovun habelə müxtəlif kimyəvi maddələrin bədənə təsiri nəticəsində baş verir. Yanıqlar patologiyanı törədən xarici amillərin hansı miqyasda və tempraturda olmasından asılı olaraq müxtəlif dərəcələrdə olur. Orqanizmin 10%-i yanmış olarsa bu yanıq xəstəliyi sayılır. Yanıqlar 2 növ olurlar:
Termik yanıqlar - işıq şüalanmasının, qaynar suyun, buxarın təsirindən baş verir.
Kimyıvi yanıqlar - yandırıcı maddələrin təsirindən əmələ gələn yanıqlar hesab olunur.
Kimyəvi yanıqlar daha təhlükəli yanıqlar sayılır. Çünki kimyəvi yanıqlar zamanı dərinin həm səhti, həm də dərialtı birləşdirici toxumalar və əzələlər yanıb dərin yanıqlar törədir.
Termiki yanıq baş verən zaman ilk yardım alışmış paltarı söndürmək, bu məqsədlə də adamın üstünə palto, adyal salmaqla alovu söndürmək lazımdır. Sonra bədəni yanan paltardan azad etmək lazımdır. Yanıq yerindəki suluğu qopartmaq, yanıq səthə əllə toxunmaq, yanığa maz, yağ, məlhəm, başqa maddə sürtmək olmaz.
Yanıq yerini steril saxlamaq və onunla həkimin göstərişlərinə əsasən davranmaq lazımdır.
Əgər yanıq kimyəvi yanıqdırsa bu daha təhlükəlidir. Çünki bu zaman yanıqlar çox dərin olur və dərialtı təbəqə tez nekrozlaşır. Kimyəvi yanıqlar zamanı ilk göstərilən yardım yanıq yerini dərhal 15-20 dəqiqə ərzində axar soyuq suyun altında tutmaqdır. Bundan sonra yanıq yerinə çay sodası səpilir, və ya zəif sirkə məhlulu tökülür.