Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2020 14:12
Bakı. Trend:
ATƏT Minsk qrupunun həmsədrləri (ABŞ, Rusiya və Fransa) İsveçrənin Cenevrə şəhərində Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüş ərəfəsində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı fikir mübadiləsi aparıb.
Trend-in məlumatına görə, nazirlərlə görüş mətbuat üçün qapalı rejimdə keçiriləcək.
Həmsədrlər arasında fikir mübadiləsi də qapalı keçirilib. Görüşlərin yekununda bəyanatın verilib-verilməyəcəyi barədə məlumat verilməyib.
Qeyd edək ki, Cenevrədə görüş oktyabrın 29-a təyin olunsa da, daha sonra bir gün təxirə salınıb.