Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“5+2 formulu”nun kompromis variant kimi təklifi artıq mənasını itirir - Qafqazşünaslıq İnstitutu

“5+2 formulu”nun kompromis variant kimi təklifi artıq mənasını itirir - Qafqazşünaslıq İnstitutu

Tarix: 30 Oktyabr 2020 20:04

Bakı. İlhamə İsabalayeva - Trend:

Rusiya Prezidenti Vladimir Putinin Qarabağla əlaqədar açıqlaması bunu göstərdi ki, Rusiya münaqişənin həllində əvvəlki kimi bitərəfliliyini, balanslı mövqeyini qoruyub-saxlayır, hərbi əməliyyatların dayandırılmasını istəyir. Amma bununla belə, Rusiya prosesə aşkar müdaxilə etmək niyyətində olmadığını bir daha bildirir.

Bunu Trend-ə AMEA-nın Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini siyasi elmlər doktoru Ramilə Dadaşova deyib.

Onun sözlərinə görə, “Münaqişənin həlli üçün Azərbaycanla Ermənistanın maraq balansını tapmaq lazımdır, hərənin öz həqiqətləri var, burada sadə həll yoxdur, çox çətindir” deyən Putin, həmçinin “Hazırda hərbi əməliyyatlar Ermənistan ərazisində getmir” söyləməklə Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu vurğulayır.

R.Dadaşova bildirib ki, Rusiya eyni zamanda, Azərbaycan topraqlarının işğaldan azad olunması ilə əlaqədar yaranmış yeni reallığı nəzərə alır. Rusiyanın yeni reallığı nəzərə alması və Azərbaycan xalqının işğal faktı ilə heç vaxt barışmadığını qəbul etməsi məlum olur:

"Putinin çıxışı nümayiş etdirdi ki, Ermənistanın digər ölkələri üçüncü tərəf kimi münaqişəyə cəlb etmək cəhdləri tam iflasa uğrayıb və Ermənistanın daxili auditoriyanı aldatmağa hesablanmış bu ümidləri boşa çıxıb. Azərbaycan həm hərb meydanında, həm də siyasi meydanda qalibdir. Rusiya Ermənistanın avantüralarına qoşulmaq niyyətində deyil. Vasitəçi kimliyini qorumaq və hər iki tərəfə təsir imkanlarını əldə saxlamaq üçün Rusiya Ermənistanın xeyrinə seçim etməyəcək. Belə ki, Rusiya siyasətini hansısa ölkənin simpatiya və ya antipatiyasına, siyasətçilərin bəyanatlarına görə qurmur, onun öz yolu, öz strategiyası var.

R.Dadaşova deyib ki, Rusiya Prezidenti V.Putinin səsləndirdiyi "5+2 formatı" əvvəllər Rusiyanın xarici işlər naziri Sergey Lavrovun tərəflərə təqdim etdiyi planda əksini tapmışdı. Lakin Azərbaycan bu planın böyük bir qismini özü yerinə yetirib. Dörd rayonun, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarının mərkəzləri də daxil olmaqla, böyük hissəsi və Hadrut qəsəbəsi artıq işğaldan azad olunub. Buna görə də “5+2 formulu”nun kompromis variant kimi təklif olunması artıq mənasını itirir və Azərbaycanın bunu qəbul etməsi mümkünsüzdür:

"Azərbaycan Ordusunun rəşadətli mübarizəsi nəticəsində Azərbaycan torpaqlarının böyük bir hissəsi azad olunmuşdur. Artıq Azərbaycan Dağlıq Qarabağ separatçılarına hər hansı status verilməsi məcburiyətində deyil. İşğal altında olan torpaqlarımızın azad edilməsi zamanı nə qədər zabit və əsgərlərimiz şəhid oldu. Hər hansı status üçün separatçı rejimin heç bir haqqı yoxdur".


Etiketlər:  formulunun kompromis variant kimi təklifi artıq mənasını itirir Qafqazşünaslıq İnstitutu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ