Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2020 16:56
Bakı. Samir Əli - Trend:
Ermənistanın hərbi təxribatları və dünyanı bürüyən koronavirus infeksiyasına baxmayaraq, Azərbaycan iqtisadiyyatında inkişaf davam edir.
Trend-in məlumatına görə, bunu bu gün keçirilən brifinqdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı deyib.
O bildirib ki, bu proseslər Azərbaycan iqtisadiyyatına mənfi təsir etsə də, ölkə iqtisadiyyatının artım tempi ən yaxşı inkişaf tempdir: "Bu müddət ərzində Azərbaycanın valyuta ehtiyatları artıb. Ölkənin kənd təsərrüfatı 1,4 faiz artıb, manat öz dəyərində qalıb. Bu inkişafın heç biri Ermənistanda yoxdur. Gərgin olsa da Azərbaycan iqtisadiyyatı normal inkişaf edib".