Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistan yaşayış məntəqələrimizə 218 raket zərbəsi endirib

Ermənistan yaşayış məntəqələrimizə 218 raket zərbəsi endirib

Tarix: 31 Oktyabr 2020 17:02

Bakı. Samir Əli - Trend:

Sentyabrın 27-dən oktyabrın 30-dək Ermənistan silahlı qüvvələri Azərbaycanın cəbhə bölgəsindən uzaq olan yaşayış məntəqələrinə 218 raket zərbəsi endirib.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən brifinqdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı deyib.

O bildirib ki, bu müddət ərzində Gəncəyə 22 raket atılıb: "Ermənilər bu müddət ərzində Bərdə rayonunda 30, Füzuli rayonuna 34, Goranboy rayonuna 49 raket atılıb. Bununla yanaşı, Ağcabədi rayonuna 14, Tərtər rayonuna 18, Mingəçevir rayonuna 8, Naftalan şəhərinə 6, Beyləqan rayonuna isə 9 raket atılıb. Hadisə nəticəsində dinc sakinlər arasında həlak olan və yarananlar var".


Etiketlər:  Ermənistan yaşayış məntəqələrimizə 218 raket zərbəsi endirib


RƏYLƏR