Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2020 19:21
Çalğı alətlərində ifa etməyi öyrənmək uşaqların yaddaşına və yaradıcılıq qabiliyyətinin inkişafına kömək edir.
Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, bunu Çilidən olan alimlər bildirib. Çilidə 10-13 yaş arasındakı 40 uşaq qısamüddətli yaddaş və diqqət testləri olunub. Araşdırmaların nəticəsi "Frontiers in Neuroscience" jurnalında yayımlanıb. Uşaqlardan 20-nin alət çaldığını, ən azı 2 il təhsil aldığını, həftədə ən az 2 saat məşq etdiyini və mütəmadi olaraq bir orkestrdə və ya xorda çıxış etdiyini, digər 20 uşağın isə məktəb xaricində musiqi təhsili almadığı bildirilib.
Mütəmadi olaraq alətlərlərdə ifa edən uşaqlarda beyində qısamüddətli yaddaş və diqqət mexanizmlərin daha yaxşı işlədiyi müşahidə edilib. Mütəxəssislər alətdə ifa etməyi öyrənməyin yaddaşın və konsentrasiyanın yaxşılaşdırılması ilə yanaş ıuşaqlarda yaradıcılığı və dolayısıyla həyat keyfiyyətini artıra biləcəyinə diqqət çəkiblər. Alimlərin növbəti addımı alət çalmağın uşaqların beynində bu cür təsiri necə yaratdığını öyrənmək olacaq.