Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Üzü cavanlaşdırmaq prosedurları ağır fəsadlara səbəb olur-Professor bununla bağlı tələbləri açıqlayıb

Üzü cavanlaşdırmaq prosedurları ağır fəsadlara səbəb olur-Professor bununla bağlı tələbləri açıqlayıb

Tarix: 31 Oktyabr 2020 22:21

Dəridəki qırışların açılması, üzün cavanlaşdırılması üçün dəri altına dərmanların yeridilməsi proseduru ağır fəsadlara səbəb ola bilər.

Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, bunu Türkiyədən olan mütəxəssis, Üz Plastik Cərrahiyyəsi Dərnəyinin baş katibi, professor Alper Çağıcı açıqlayıb. Onun sözlərinə görə, bu prosedurlardan sonra hətta ölümcül allergik reaksiyaların ortaya çıxması mümkündür.

Professor deyib ki, dəri altına tətbiq olunan estetik prosedurlar yalnız tibb ocaqları, sağlamlıq mərkəzlərində, mütəxəssis həkimlər tərəfindən edilə bilər. Salonlar və gözəllik mərkəzləri kimi yerlərdə dərialtı prosedurların həyata keçirilməsinə icazə verilmədiyinə diqqət çəkən Alper Çağıcı bildirib ki, dərialtı dolqu, botoks, "gəncləşmə peyvəndi" kimi prosedurlar qeyri-professionallar tərəfindən aparıla bilməz. Belə prosedurlarda ölümcül allergik reaksiyalara kimi yarana bilər. Professor vurğulayıb ki, həmin prosedurların səhv icrası nəticəsində yaranan problemlərin diaqnozu və müalicəsi çox çətin olur.

Alper Çağıcı, bu prosedurların səhiyyə müəssisələrində dermatoloq, plastik cərrahiyyə və ya Səhiyyə Nazirliyi tərəfindən diplomu təsdiqlənmiş otorinolarinqoloq, estetik həkimlər tərəfindən edilə biləcəyini vurğulayıb.

Gözəllik əldə etmək üçün yalnız həkimə müraciət etməyin lazım olduğunu qeyd edən mütəxəssis deyib ki, botoks kimi prosedurlardan əvvəl mütləq həkimin diplomu tələb edilməlidir. Bundan başqa, həkimin sertifikatlı məhsullardan istifadə etməsi tələb olunmalıdır, çünki dərmanlar da problemə səbəb ola bilər. Onun sözlərinə görə, prosedurun həyata keçirildiyi yer salon, gözəllik mərkəzidirsə və proseduru icra edən şəxs həkim deyilsə, bu, qəsdən xəsarət yetirmə cinayəti sayılır.

Professor bu kimi prosedurlardan sonra allergik reaksiyaların bir neçə saat ərzində inkişaf edə biləcəyini və yalnız mütəxəssis həkimlərin bu reaksiyalara qarşı lazımi tədbirlər görə biləcəyini əlavə edib.


Etiketlər:  Üzü cavanlaşdırmaq prosedurları ağır fəsadlara səbəb olur Professor bununla bağlı tələbləri açıqlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ