Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirus və “İspan qripi”nin ümumi xüsusiyyətləri açıqlanıb

Koronavirus və “İspan qripi”nin ümumi xüsusiyyətləri açıqlanıb

Tarix: 1 Noyabr 2020 16:30

Koronavirus və "İspan qripi" pandemiyasına səbəb olan virusun yayılmasında oxşarlıqlar var.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin infeksion xəstəliklər üzrə baş mütəxəssisi, professor Vladimir Çulanov xəbər verib.

"Hər ikisi hava-damcı yolu ilə ötürülən respirator infeksiyasıdır. Bu səbəbdən onların yayılmasında ortaq xüsusiyyətlər var", - deyə o bildirib.

Bununla belə həkim koronavirusun yoluxuculuğunun qrip virusundan daha yüksək olduğunu vurğulayıb.

Qeyd edək ki, 1918-1920-ci illər arasında davam edən "İspan qripi" yoluxma halı və ölüm hadisələri baxımından ən geniş yayılmış qrip pandemiyası olub. Müxtəlif hesablamalara görə, "İspan qripi"ndən 100 milyona yaxın insan ölüb.


Etiketlər:  Koronavirus İspan qripinin ümumi xüsusiyyətləri açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ