Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2020 17:15
İşğal altında olan yaşayış məntəqələrimizin guya Azərbaycan Ordusu tərəfindən atəşə tutulması barədə Ermənistan KİV-ləri təxribat xarakterli dezinformasiyalar yaymaqda davam edir.
Müdafiə Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, bu cür həqiqəti əks etdirməyən xəbərlər yaymaqla Ermənistan müdafiə nazirliyinin rəsmiləri cəbhədəki vəziyyətdən tamamilə bixəbər olduqlarını nümayiş etdirir.
Növbəti dəfə rəsmi olaraq bəyan edirik ki, bölmələrimiz yalnız düşmənin döyüş mövqelərinə və atəş nöqtələrinə cavab zərbələri endirir.