Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÜST-nin baş direktoru koronavirusa yoluxmuş şəxslə təmasdan sonra özünü təcrid edib

ÜST-nin baş direktoru koronavirusa yoluxmuş şəxslə təmasdan sonra özünü təcrid edib

Tarix: 2 Noyabr 2020 05:32

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus koronavirusa yoluxmuş şəxslə təmasdan sonra özünü təcrid edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ÜST-nin baş direktoru özünün "Twitter" səhifəsində yazıb.

O bildirib: "Müəyyən edilib ki, mən testi (koronavirus - red) müsbət çıxan kiminləsə əlaqədə olmuşam. Özümü yaxşı hiss edirəm, simptomlar yoxdur, amma ÜST protokollarına uyğun olaraq yaxın günlərdə özümü təcrid edəcəyəm və evdən işləyəcəyəm".


Etiketlər:  ÜST baş direktoru koronavirusa yoluxmuş şəxslə təmasdan sonra özünü təcrid edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ