Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bu ruhda davam etsəm, Maldiniyə deyəcəyəm ki...'' - İbrahimoviç

''Bu ruhda davam etsəm, Maldiniyə deyəcəyəm ki...'' - İbrahimoviç

Tarix: 2 Noyabr 2020 19:40

Mənim yaxşı qollarım olub, ancaq qələbə hər şeydən önəmlidir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Milan"ın futbolçusu Zlatan İbrahimoviç "Sky Italia"ya açıqlamasında A Seriyasının son turunda "Udineze" ilə görüşdən (2:1) danışarkən deyib.

Oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadaa qalan 39 yaşlı hücumçu hazırda A Seriyasında lider olan komandasının perspektivindən söz açıb: "Biz orta yaş həddinə görə Avropanın ən gənc komandalarından biriyik. "Milan"da orta yaş həddini qaldırmaqda özümü günahlandırıram. Ancaq komanda yoldaşlarım buna imkan vermir. Onların sayəsində mən də özümü gənc hiss edirəm".

İsveçli forvard "Milan"da gələcək taleyi ilə bağlı isə bunları bildirib: "Görək bu mövsümdən sonra hansı vəziyyətdə olacağam. "Milan"ın yolu üzərində dayanmaq istəmirəm. Mən ilyarım əvvəl "Milan"a gələndə klub uzunmüddətli müqavilə imzalamağımı istədi. Ancaq açığı, mən qarşı tərəfə sözləşməmin 6 aylıq olmasını təklif etdim. Əgər bu ruhda davam etsəm, Maldiniyə ("Milan"ın idman direktoru-red.) deyəcəyəm ki, mənimlə daha 1 illik müqavilə imzalamasınız, oynamayacağam".

Milli.Az


Etiketlər:  ruhda davam etsəm Maldiniyə deyəcəyəm İbrahimoviç


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ