Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2020 22:40
Bakı. Trend:
Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 111 nəfərə çatıb.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata əsasən, hazırda xəstəxanalarda zəlzələdə xəsarət alan 137 nəfərin müalicəsi davam etdirilir.
XXX
20:53
Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 110 nəfərə çatıb.
Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, xəsarət alanların sayı 1 027 nəfər təşkil edib. Onlardan 883 nəfəri evə buraxılıb, digərlərinin müalicəsi xəstəxanalarda davam edir.
Qeyd edək ki, İzmirdə oktyabrın 30-da 6,6 bal gücündə zəlzələ olub.
XXX
17:37
Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 109 nəfərə çatıb.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən bildirilib.
Xəsarət alanların sayı 1 036 nəfər təşkil edib. Onlardan 838 nəfəri evə buraxılıb, 138 nəfərin müalicəsi xəstəxanalarda davam edir.
Agentlik bildirib ki, dağılmış 17 binadan 13-də axtarış-xilasetmə işləri başa çatdırılıb, 4 binada davam edir.
Qeyd edək ki, İzmirdə oktyabrın 30-da 6,6 bal gücündə zəlzələ olub.