Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Moskva və Anara Qarabağ məsələsini həll edə bilərlər'' - Ermənistan prezidenti

''Moskva və Anara Qarabağ məsələsini həll edə bilərlər'' - Ermənistan prezidenti

Tarix: 3 Noyabr 2020 20:21

"Rusiyanın Türkiyə ilə münasibətləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına müsbət təsir edə bilər. Anlayırıq ki, Rusiyanın Türkiyə ilə çox dərin iqtisadi, siyasi və hərbi əlaqələri var.

Bunu Rusiya və Türkiyə arasında normal ikitərəfli münasibətlər kimi qəbul edirik. Burada heç bir təhlükə yoxdur.

Tam əksinə, Rusiya o ölkədir ki, hazırda Dağlıq Qarabağda olan hərbi vəziyyəti tərəflərə təkliflər, diplomatiya və təzyiqlər vasitəsilə radikal dəyişmək, həll etmək imkanlarına malikdir".

Sonxeber.net bildirir ki, Bunu Ermənistan prezidenti Armen Sarkisyan Rusiyanın RBK agentliyinə müsahibəsində deyib.

Son vaxtlar Rusiyanın A.Sarkisyanı intensiv şəkildə "danışdırması" təsadüfi deyil.

Kreml Paşinyanı adekvat insan, Qarabağ münaqişəsini həll edəcək yekun danışıqlarda tərəf ola biləcək şəxs saymır.

Yeni baş nazir olana qədər Kreml, deyəsən, Sarkisyana stavka etməyə qərar verib.


Etiketlər:  Moskva Anara Qarabağ məsələsini həll edə bilərlər Ermənistan prezidenti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ