Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2020 19:51
Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edir.
Biz, ölkənin ilk və ən böyük biznes assosiasiyası olaraq, Azərbaycanın işğal olunmuş ərazilərində aparılan biznes fəaliyyətlərini, habelə Qarabağdakı qanunsuz rejimə maddi və ya hər hansı digər formada edilən dəstəyi qəti şəkildə pisləyirik.
Biz, bu cür qanunsuz fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxsləri şiddətlə qınadığımızı bildirir, həmçinin qeyd edirik ki, Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərən təşkilatlarla birbaşa və ya dolayı işgüzar münasibətlər qəbuledilməzdir.
Üzvlərimizə xatırlatmaq istəyirik ki, Dağlıq Qarabağ bölgəsində və Azərbaycanın işğal olunmuş digər ərazilərində bu cür biznes təcrübələri ilə məşğul olan fiziki və hüquqi şəxslər Azərbaycanın ərazi bütövlüyü və suverenliyini, eləcə də milli və beynəlxalq qanunları pozduqlarına görə hüquqi məsuliyyət daşıyırlar.
Biz, hər bir fiziki və hüquqi şəxsi Azərbaycanın qüvvədə olan qanunvericiliyinə və beynəlxalq hüququn prinsiplərinə riayət etməyə, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə hörmət etməyə çağırırıq.