Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2020 20:36
Bakı. Trend:
Ermənistanda məhbuslardan ibarət könüllü dəstələrin Dağlıq Qarabağa döyüşlərə göndərilməsi məsələsi nəzərdən keçirilir.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu ölkənin ədliyyə naziri Rüstəm Badasyan deyib.
O bildirib ki, məhbusların cəbhəyə yollanması üçün onların barəsində verilən həbs qərarlarını dəyişmək lazımdır. Nazir əlavə edib ki, bu məsələni ölkənin Baş prokurorluğu həll edir və hazırda bu proses gedir.