Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2020 15:24
işğaldan azad olunan şəhərlərin və digər yaşayış məntəqələrinin yenidənqurulması və gələcək inkişafının əsasını təşkil edən baş planlar və digər ərazi planlaşdırılması sənədlərinin işlənməsi ilə bağlı Komitə tərəfindən müvafiq hazırlıq işləri aparılır.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Sonxeber.net-a verilən məlumata görə, bunu komitə sədri Anar Quliyev Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vadanı qəbul edərkən deyib.
Komitə sədri Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti və son hərbi təxribatları, beynəlxalq humanitar hüquq çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və təcavüzə məruz qalmış öz ərazisində apardığı əks-hücum əməliyyatı barədə səfirə məlumat verib. Vurğulanıb ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrini işğalı regional sülh və təhlükəsizlik üçün real təhdiddir.
Səfir Cuniçi Vada öz növbəsində Azərbaycanda beynəlxalq hüququn tələbinə uyğun olaraq tezliklə sülhün bərqərar olunacağına inandığını bildirib, Yaponiyanın ölkəmizlə ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verdiyini, bir çox sahələrdə mövcud olan əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.
Görüşdə iki ölkənin müvafiq dövlət orqanları və digər aidiyyəti təşkilatları arasında şəhərsalmanın planlaşdırılması və təşkili sahəsində əməkdaşlığın inkişafı, o cümlədən layihələndirmədə və şəhər həllərində aparıcı informasiya texnologiyalarının tətbiqi sahəsində təcrübə mübadiləsi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.