Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2020 08:33
BMT qətnamələri əsasında Azərbaycanla sülh razılaşması imzalayın!
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə rusiyalı hərbi ekspert, nüfuzlu "Voennoye Obozreniye" jurnalının baş redaktoru İqor Korotçenko onun sosial şəbəkələrdəki hesablarına hücum erməni istifadəçilərə cavabında deyib.
Rusiyalı ekspert erməni diaspor rəhbərlərinin övladlarından hansının Qarabağ cəbhəsində vuruşması ilə bağlı informasiya təqdim olunması xahişinə ermənilərin təhqir və söyüşlərlə cavab verdiyini bildirib:
"Vəziyyət eynidir: Qarabağda özləri döyüşməyə getmək istəmirlər, ancaq Rusiyanı Qarabağda onlar üçün döyüşməyə çağırırlar.
Əgər Ermənistan 90-cı illərdə Azərbaycan ərazisinin 20 faizini işğal etmiş suveren və müstəqil bir ölkədirsə, o zaman öz gücünüzlə döyüşün və bu əraziləri qoruyun (Paşinyan demişdi axı, Qarabağ Ermənistandır).
Əgər bu əraziləri saxlaya bilmirsinizsə, onda BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı məlum dörd qətnaməsinin şərtləri əsasında Azərbaycanla sülh imzalayın...
Uğursuzluqlarınızda Rusiya günahkar deyil - siz özünüz günahkarsınız. Qarabağ cəbhəsindəki səngərlərdə oturmaq əvəzinə "Facebook"dasınız - seçiminiz budur. Bu seçimi özünüz etdiniz.
Serj Sarqsyanın dövründə dövlətdə korrupsiya və xəzinə oğurluğu, Yerevanın mərkəzində Hitlerlə əlbir olan Qaregin Njdeyə abidə, MDB məkanında ən böyük ABŞ səfirliyi, "rəngli inqilab", Paşinyan və sorosçuları, saysız-hesabsız ABŞ qeyri-kommersiya təşkilatları, KTMT-yə arxa çevirmək (Xaçaturov işi), Rusiya telekanallarının bağlanması, Rusiya biznesinin təqib olunması, Rusiyayönümlü siyasətçilərin və Konstitusiya Məhkəməsinin təmizlənməsi - bunları siz özünüz, hamısını özünüz etdiniz".