Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2020 15:15
"National Geografic" jurnalının tanınmış fotojurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Rza Diqqəti (Reza Deqati) Ermənistan ordusunun dinc əhaliyə qarşı istifadə etdiyi fosforlu bombaların zərərsizləşdirildiyi anın fotolarını paylaşıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, fotojurnalist sözügedən şəkilləri belə şərh edib:
"Səhləabad, Azərbaycan
3 Noyabr 2020-ci il tarixdə ANAMA-nın xüsusi mobil əməliyyat qrupları Tərtər rayonunun Səhləabad kəndi yaxınlığında iki ədəd partlamamış 122 mm-lik D-4 (P-4) ağ fosfor mərmi tapdılar və yerindəcə zərərsizləşdirdilər.
Mən də bir qrup fotoqraf, operator və jurnalistlə birlikdə ANAMA-nın əməliyyat rəhbəri Mədət Məmmədovun başçılığı ilə aparılan əməliyyatların şahidi oldum.
Ermənistan Azərbaycanın Tərtər bölgəsində mülki insanlara qarşı ağ fosfor mərmilərindən istifadə etməyə davam edir.
Ağ fosfor tərkibli silahlar tənəffüs edildikdə və ya yandırılmış ərazilərdə udulduqda son dərəcə zəhərlidir və insan sağlamlığına ciddi mənfi təsir göstərə bilər.
Bu cür silahlar qismən və ya tamamilə ağır və kimyəvi yanıqlara səbəb olur. Ermənistan qadağan olunmuş fosforlu hərbi sursatdan istifadə edir.
Mülki şəxs və ya mülki obyektlərə, habelə meşə və ya digər bitki növlərinə edilən hücumlar BMT-nin 1980-ci il "Adi silahların konkret növləri haqqında konvensiya"sını pozur".