Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2020 17:24
Donbasdakı fəaliyyəti ilə tanınmış terrorçu Axra Avidzba (Abxaz) etnik ermənilərdən ibarət qrup toplayaraq Qarabağda döyüşlərə yollanacağını bildirib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə rusiyalı hərbi jurnalist Aleksandr Kots bildirib.
O qeyd edib ki, Axra Avidzba Abxaziyadan olan etnik ermənilərdən qrup toplayıb. Onlar bu günlərdə Qarabağda döyüşmək üçün yola düşəcəklər. Hələlik qruplaşmanın neçə nəfərdən ibarət olacağı barədə məlumat yoxdur.
Sosial şəbəkə üzvləri isə "etnik ermənilər"in fotoları çəkilən yerə diqqət etdikdə oranın Rusiyanın Soçi şəhəri olduğunu bildiriblər. Qeyd olunub ki, Rusiya Ermənistanı Qarabağ münaqişəsində dəstəkləmir və həmin şəxslər etnik erməni deyil, əsl muzdlulardır.