Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Noyabr 2020 17:58
Bakı. Trend:
Ermənistanlı hüquq müdafiəçisi Georgi Vanyan ölkənin baş naziri Nikol Paşinyana açıq məktubla müraciət edib.
Trend bu barədə erməni KİV-lərinə istinadən məlumat verir.
Hüquq müdafiəçisi Ermənistan hökumətini xaricdən dəstək gözləmək əvəzinə Azərbaycanı müttəfiq kimi görməyə və danışıqlara getməyə çağırıb:
"Ermənistan öz vətəndaşlarına qarşı cinayət həddini çoxdan keçib. Cinayətkarcasına qələbə qazanmaq tamaşasını dayandırın: qonşu üzərində qələbə qaznmazlar, qonşunu məhv etməzlər. Qonşu ilə danışarlar, qarşılıqlı anlaşma əldə olunana kimi danışarlar. Qonşuların bir-birini məhv etmək cəhdi tərəflərin özlərini məhv etməsinə aparan yoldur.
“Strateji müttəfiqin” xilaskar gücü barədə yalandan imtina edin. Gülünc müttəfiq axtarışından əl çəkin! Soyqırımın tanınması üçün beynəlxalq ictimaiyyətdən biabırçı sədəqə ummağı bitirin!
Son 30 ildə, xüsusən də bu gün bizim bir müttəfiqimiz ola bilərdi – bu da qonşu Azərbaycandır. Danışın, qorxmadan həmkarınızın üzünə baxın".