Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sumqayıtda yaşayış binasının damında qumbara və partlayıcı tapılıb (FOTO)

Sumqayıtda yaşayış binasının damında qumbara və partlayıcı tapılıb (FOTO)

Tarix: 6 Iyul 2019 16:26

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən 10 saylı yaşayış binasının dam örtüyündə təmir işləri aparılarkən 1 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.

Agentlikdən Trend-ə verilən məlumata görə, xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Sumqayıt şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası və 1 ədəd UZRQM partladıcısı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Sumqayıtda yaşayış binasının damında qumbara partlayıcı tapılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ