Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Beynəlxalq Bankı şöbələrini də yeniləyir

Azərbaycan Beynəlxalq Bankı şöbələrini də yeniləyir

Tarix: 16 Noyabr 2020 10:52

Bakı. Trend:

Azərbaycan Beynəlxalq Bankı xidmət şəbəkəsinin transformasiya layihəsi çərçivəsində Ağsu, Ağcabədi və Zərdab şöbələrini də yeniləyib. Bankın Ağsu şöbəsi yeni ünvana köçürülüb. Şöbə bundan sonra Ağsu şəhəri Üzeyir Hacıbəyli küçəsi - 29 ünvanında fəaliyyət göstərəcək. Ağcabədi (Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospekti, 185A) və Zərdab şöbələrinin (Zərdab şəhəri, Azərbaycan küçəsi – 56) ünvanları isə dəyişməz qalıb. Hər üç şöbədə müştərilərə yüksək səviyyədə bank xidmətlərinin gösətərilməsi üçün lazım olan şərait və imkanlar yardılıb.

Layihənin əsas məqsədi müştərilərin getdikcə dəyişən tələb və ehtiyaclarını ən yüksək səviyyədə təmin etmək və yeni keyfiyyət standartları tətbiq etməkdir. Bankın digər xidmət ofisləri kimi Ağsu, Ağcabədi və Zərdab şöbələrində də müştərilər kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və s. də daxil olmaqla bir çox bank məhsul və xidmətlərindən faydalana bilərlər.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin birinci müavini İlham Həbibullayev filialların transformasiyası çərçivəsində yenilənmə prosesinin yaxın gələcəkdə digər filial və şöbələri də əhatə edəcəyini bildirib: “Azərbaycan Beynəlxalq Bankı ölkəmizin ən geniş xidmət şəbəkəsinə malik banklarındandır. Xidmət ofislərimizi müasirləşdirməklə biz müştərilərimizə ən yüksək xidmət şəraiti yaratmağa çalışırıq. Ənənəvi xidmət kanallarını təkmilləşdirməklə bərabər müxtəlif innovativ həllərlə banka gəlmədən məsafədən xidmət imkanlarını genişləndiririk. Ümid edirik ki, başqa filial və şöbələrimiz kimi Ağsu, Ağcabədi və Zərdab şöbələrimiz də müştəri məmnuniyyətini artırmağa, həmçinin regionların inkişafına töhfələr verəcək”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


Etiketlər:  Azərbaycan Beynəlxalq Bankı şöbələrini yeniləyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ