Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BP ''Azəri-Çıraq-Günəşli'' üzrə kapital xərcləri artırıb

BP ''Azəri-Çıraq-Günəşli'' üzrə kapital xərcləri artırıb

Tarix: 16 Noyabr 2020 12:16

2020-ci ilin ilk üç rübü ərzində BP şirkəti "Azəri-Çıraq-Günəşli" (AÇG) neft yatağı üzrə fəaliyyətlərə təxminən 399 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 398 milyon dollardan çox əsaslı məsrəflər xərcləyib.

Sonxeber.net bu barədə "BP Azerbaijan" şirkətinin hesabatına istinadən məlumat verir.

Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin eyni dövründə bu göstiricilər müvafiq olaraq 418 milyon və 1 milyard 034 dollar təşkil etmişdi.

Qeyd edək ki, "BP Azerbaijan" "Azeri Light" neftinin hasil olunduğu "Azəri-Çıraq-Günəşli" yatağının operatorudur.

AÇG-də iştirak payları: bp (30,37%), SOCAR (25,0%), MOL (16 aprel 2020-ci il tarixindən Şevron şirkətini əvəz edib) (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş Limited (OVL) (2,31%).


Etiketlər:  Azəri Çıraq Günəşli üzrə kapital xərcləri artırıb


RƏYLƏR