Tarix: 6 Iyul 2019 18:36
"Sperantsa"nın yarımmüdafiəçisi Alişer Mirzoyev Moldova mətbuatına müsahibə verib. Qol.az-ın məlumatına görə, "moldfootball.com" saytına danışan rusiyalı futbolçu Avropa Liqasının 1-ci təsnifat mərhələsində iyulun 12-də "Neftçi" ilə keçirəcəkləri oyundan da söz açıb.- Beş gündən sonra "Sperantsa" Avropa Liqasında mübarizəyə başlayacaq. Komandanızı turnirə hazır sayırsınız?
- Hə, biz hazırıq. Komandada yaxşı atmosfer hökm sürür. Hamı meydana çıxıb, vuruşmağa hazırdır.
- Şəxsən siz ilk oyunun səfərdə deyil, evdə olmasına sevinirsiniz?
- Əlbəttə, Avropa Liqasında debüt oyununu evdə keçirmək yaxşıdır. Biz bundan maksimum şəkildə istifadə etməyə və sərfəli nəticə qazanmağa çalışacağıq. Ümid edirəmki, bizi dəstəkləmək üçün stadiona çoxlu azarkeş gələcək. Çünki onların dəstəyinə ehtiyacımız var. Fürsətdən istifadə edib, bütün futbol azarkeşlərini stadiona dəvət edirəm. Onları sevindirmək üçün mümkün olan hər şeyi edəcəyik.
- Rəqiblə bağlı hansı informasiyaya sahibsiniz? "Neftçi"nin transferləri və yoxlama oyunları ilə bağlı xəbərləri izləyirsiniz?
- Bizə deyilənlərdən xəbərdarıq. Onların transferlərini və yoxlama oyunlarını izləmək isə bizim işimiz deyil. Öz oyunumuza köklənmişik. Bunun üzərinə işləyirik və hazırlaşırıq.
- Oyunu izləmək üçün "Zimbru" stadionuna gələcək azarkeşlər komandadan nə gözləyə bilərlər?
- Öz adımızdan deyə bilərəm ki, qələbə qazanmaq üçün hər şeyi edəcəyik, meydanda var gücümüzü ortaya qoyacağıq. Azarkeşlər bizi irəli səsləyəcəklər. Biz isə öz oyunumuz və sərfəli nəticə ilə onları sevindirəcəyik.