Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Helsinkidə yaşayan azərbaycanlılar tarixi qələbəni qeyd ediblər

Helsinkidə yaşayan azərbaycanlılar tarixi qələbəni qeyd ediblər

Tarix: 16 Noyabr 2020 15:52

Bakı. Trend:

Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi, Azər-Türk Gənclər Təşkilatının sədri Ülviyyə Cabbarovanın təşəbbüsü ilə Helsinki şəhərində Azərbaycanın şanlı qələbəsinə həsr olunmuş “Qarabağ Azərbaycandır!” adlı tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə bildirilib ki, Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin və erməni terrorunun qurbanı olan mülki şəxslərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Ü.Cabbarova bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun qazandığı tarixi qələbə bütün dünya azərbaycanlılarını, o cümlədən Finlandiyada yaşayan soydaşlarımızı çox sevindirir.

Qeyd olunub ki, Finlandiyadakı Azərbaycan diasporu hər zaman erməni yalanlarını ifşa etmək və Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırmaq üçün əllərindən gələni edib və bundan sonra da Azərbaycanın milli-mənəvi dəyərlərinin, Qarabağın turizm potensialının, tarixi-mədəni sərvətlərinin təbliği istiqamətində davamlı işlər aparacaqdır.


Etiketlər:  Helsinkidə yaşayan azərbaycanlılar tarixi qələbəni qeyd ediblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ