Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Helmut Albrext: Azərbaycan qədim tarixə və zəngin mədəniyyətə malikdir

Helmut Albrext: Azərbaycan qədim tarixə və zəngin mədəniyyətə malikdir

Tarix: 6 Iyul 2019 21:05

UNESKO-nun Ümumdünya İrs Komitəsi müxtəlif ölkələrin mədəniyyətlərini bir araya gətirərək dialoq şəraitində mədəni irs nümunələrini mühafizə etmək və gələcək nəsillərə ötürmək rolunu çox məharətlə həyata keçirir.

Trend-in məlumatına görə, bu fikri UNESKO-nun Bakı sessiyasının iştirakçısı, Almaniyanın Arxeologiya və Texnologiya İnstitutunun professoru Helmut Albrext söyləyib.

O bildirib ki, Almaniya və Çexiya sərhədində yerləşən və səkkiz əsrdən çox yaşı olan Ergebirge Krosnohori mədən regionunun Ümumdünya İrs Siyahısına salınması üçün birgə nominasiya layihəsi üzərində 19 ildir səylə iş aparılır. "Bu kompleks bir layihə idi, ancaq biz 2003-cü ildən başlayaraq Çexiya ilə əməkdaşlıq edərək bunun öhdəsindən gələ bildik. Bu gün bu layihənin ölkələrimizin ümumi tarixi və mədəni irs nümunəsi kimi Dünya İrs Siyahısına salınmasına çox sevinirik", - deyə qonaq qeyd edib.

Helmut Albrext vurğulayıb ki, UNESKO-nun Bakı sessiyası yüksək səviyyədə təşkil olunub. Azərbaycan qədim tarixə və zəngin mədəniyyətə malikdir. O, Azərbaycan hökumətinə, xüsusilə də Mədəniyyət Nazirliyinə belə mötəbər tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkür edib.


Etiketlər:  Helmut Albrext Azərbaycan qədim tarixə zəngin mədəniyyətə malikdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ