Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda toqquşan avtomobillərdən biri işıqfora çırpılıb - FOTO

Bakıda toqquşan avtomobillərdən biri işıqfora çırpılıb - FOTO

Tarix: 17 Noyabr 2020 08:20

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə Abbasqulu Ağa Bakıxanov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində qeydə alınıb.

"BMW" markalı avtomobillə "FIAT" markalı nəqliyyat vasitəsi toqquşub. Zərbənin gücündən avtomobillərdən biri işıqfora çırpılıb. Toqquşma o qədər güclü olub ki, işıqfor yerindən çıxaraq, yararsız hala düşüb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Etiketlər:  Bakıda toqquşan avtomobillərdən biri işıqfora çırpılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ