Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2020 10:52
Onlar Azərbaycanın ayrılmaz parçası olan Qarabağın ürəyi Şuşanın sakinləridir. Müzəffər Azərbaycan Ordusunun Şuşanı Ermənistanın işğalından azad etməsi ilə onların yurd həsrətlərinə də son qoyuldu.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, Şuşasız qaldıqları dövrdə dövlət onları həmişə öz qayğısı ilə əhatə etdi, daha bir qayğı kimi, eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin özünüməşğulluq proqramına cəlb olundular. Proqramın dəstəyi ilə kiçik ailə təsərrüfat və müəssisələrini yaratdılar.
İndi isə doğma Şuşaya özünüməşğulluq proqramının dəstəyi ilə yaratdıqları kiçik ailə biznesləri qayıtmağa hazırlaşırlar. Onların hər biri bu bizneslərini Şuşada daha da genişləndirəcəklər.