Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2019 22:52
Rusiya Superkubokunun qalibi müəyyənləşib.
Qol.az xəbər verir ki, həlledici qarşılaşmada ötən mövsümün çempionu "Zenit"lə ölkə kubokunun son qalibi "Lokomotiv" üz-üzə gəlib. Moskvadakı "VTB Arena"da keçirilən matçda "Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syominin çalışdırdığı paytaxt təmsilçisi 3:2 hesablı qələbə qazanaraq, Superkuboka sahib çıxıb.
Qeyd edək ki, bu, "Lokomotiv"in Superkubokda 3-cü qələbəsidir. Moskvalılar bundan əvvəl 2008 və 2015-ci illərdə də "Zenit"i məğlub edərək, titula yiyələniblər.
Rusiya Superkuboku
6 iyul
"Zenit" - "Lokomotiv" - 2:3
Qollar: F. Smolov, 6 (0:1), S.Azmun, 45 (1:1), 52 (2:1), A. Mirançuk, 78 (2:2), 81 (2:3)