Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2019 00:36
Argentina millisinin futbolçusu Lionel Messi meydandan qovulub.
Qol.az-ın məlumatına görə, bu, Çiliyə qarşı hazırda davam edən Amerika kubokunun bürünc medal uğrunda matçında baş verib. 37-ci dəqiqədə 31 yaşlı hücumçu rəqib futbolçu Qari Medellə dava etdiyi üçün baş hakim Mario Dias de Vivara hər iki oyunçuya birbaşa qırmızı vərəqə göstərib. Belə ki, ikili mübarizə zamanı Messi rəqibini arxadan itələyib. Bunun qarşılığında isə Medel başla rəqibinin üzünə zərbə endirib.
Bu, Messinin karyerası ərzində ikinci qırmızı vərəqəsi olub. Bundan əvvəl o, 2005-ci ilə Macarıstanla yoxlama görüşündə meydandan qovulmuşdu.
Messi "Barselona"nın heyətində keçirdiyi heç bir matçda isə qırmızı vərəqə almayıb.