Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Johnson & Johnson” şirkəti Dağlıq Qarabağ regionu ilə bağlı səhvini etiraf edib

“Johnson & Johnson” şirkəti Dağlıq Qarabağ regionu ilə bağlı səhvini etiraf edib

Tarix: 17 Noyabr 2020 15:48

Bakı. Trend:

ABŞ-ın “Johnson & Johnson” şirkəti Dağlıq Qarabağ regionu ilə bağlı səhvini etiraf edib.

Trend-in məlumatına görə, bu barədə şirkətin bəyanatında deyilir.

Bəyanatda qeyd olunub ki, münaqişə dövründə şirkət regionun adını səhv olaraq qeyd edib:

“Son zamanlar Ermənistanla Azərbaycan arasında münaqişədə “Johnson & Johnson”un mövqeyi barədə müxtəlif fikirlər səsləndirilib. Biz münaqişə regionunu sosial şəbəkədə səhv adlandırmışıq. Səhv olduğunu təsdiq edirik və bundan təəssüf edirik”.

Qeyd edək ki, bir müddət əvvəl “Johnson & Johnson” “Twitter” səhifəsində Dağlıq Qarabağ münaqişəsində zərər çəkənlərə yardım məqsədilə vəsait toplandığını elan etmiş və regionu “Artsax” adlandırmışdı.


Etiketlər:  Johnson Johnson şirkəti Dağlıq Qarabağ regionu ilə bağlı səhvini etiraf edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ