Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2020 10:12
Ermənilər Laçını tərk edirlər.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə BBC-nin Rusiya xidmətinin hazırladığı reportajda deyilir.
Bildirilir ki, 10 noyabrda əldə edilən razılaşmadan sonra əraziyə Rusiya sülhməramlıları gəlib. Hazırda isə ermənilər Laçını boşaldır.
Qeyd edək ki, üçtərəfli bəyanata görə, Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır.
Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 km. enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır.